Qeyri-adı oğurluq...

17 Dekabr 2021 05:47 (UTC+04:00)

Rusiyanın Kurqan vilayətinin Ketovski rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.

SİA xəbər verir ki, bu barədə Rusiya DİN-in Kurqan vilayəti üzrə İdarəsi məlumat yayıb.

51 yaşlı kişi başına ayı maskası geyinərək əvvəllər çalışdığı universitetin biologiya laboratoriyasına girərək oğurluq edib. Oğurladığı əşyanı evə gətirəndə çaş-baş qalıb. Onun nə olduğunu başa düşməyib.
İstintaq zamanı vilayət sakininin oğurladığı əşyanın biologiya sahəsində istifadə edilən elmi-tədqiqat cihazı olduğu üzə çıxıb.

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, oğurlanmış əşyalar saz vəziyyətdə universitetə qaytarılıb.

Hazırda cinayət işi baxılması üçün Kurqan Şəhər Məhkəməsinə göndərilib. Keçmiş universitet işçisi 5 ilə qədər həbs oluna bilər.