Marsda su ehtiyatı aşkar edilib?

16 Dekabr 2021 17:46 (UTC+04:00)

Avropa və Rusiyanın birgə missiyası Marsın səthinin az altında “əhəmiyyətli miqdarda su” aşkar edib.

Günəş sistemimizin ən böyük kanyonu olan Valles Marineris Marsın ekvatorunun cənubunda yerləşir

SİA xəbər verir ki, Valles Marineris Yerdəki Böyük Kanyondan (ABŞ-nın Arizona ştatındakı) təxminən 10 dəfə uzun və beş dəfə dərindir.

Avropa Kosmik Agentliyi (ESA) çərşənbə günü elan etdi ki, Marsdakı kanyonda Hollandiya ölçüsündə su hövzəsi var ki bu ESA və Rusiyanın kosmik agentliyi Roskosmos birgə layihəsi olan ExoMars Trace Gas Orbiter tərəfindən aşkar edilib. Alimlər bu ehtiyatın gələcək tədqiqatçılar tərəfindən asanlıqla istifadə oluna biləcəyini qeyd edirlər.