"Zəfərə doğru Kipr" serialının "İncisi" məşhur türk aktrisa Pelin Karahan bir müddət əvvəl kikboksinqlə məşğul olmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ağır idman növünü bəyəndiyini deyən aktrisa açılama verib.
O, “Kikboksinqdən çox zövq alıram. Bu, həm bədənimi gümrah saxlayır, həm də stressdən azad olmağa kömək edir. Özünü qorumaq istəyən bütün xanımlara tövsiyə edirəm. Mən kişi döymək əhvalında deyiləm, amma əlim ağırdır”.
Ayşən Vəli