"The Gucci Family" (Gucci Evi) filmində "Patrizia Reggiani" obrazına həyat verən məşhur xarici sima Ledi Qaqa filmlə bağlı açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni rolun psixi sağlamlığına təsirindən qurtulmaq üçün çəkilişlər bitənə qədər psixiatrdan yardım aldığını bildirib.
O, “Bu filmi çəkmək mənim həyatımın ən mühüm təcrübəsi idi, çünki hər dəqiqə İtaliyadakı əcdadlarım və onların mənə daha yaxşı yaşamaq üçün nə etmələri barədə düşünürdüm” dedi.
Ayşən Vəli