44 yaşlı Kolin Diaz adlı ana 21 yaşlı qızı Meilani ilə tanışlıq saytının üzvü olub. Gəncliyi və gözəlliyi sayəsində qızı kimi gənc görünən ananın hesabının saxta olduğu düşünüləndə platforma, Diazı saytdan çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər, Diazın profilinə baxdıqda onu Meilaninin böyük bacısı olduğunu zənn ediblər. Lakin, insanlar onun Meilaninin anası olduğunu biləndə buna inanmayıblar. Özündən kiçik oğlanların ona mesaj yazaraq təriflədiyini deyən Diaz, bu vəziyyətin onu çox sevindirdiyini bildirib.