"Tvitter" videolara avtomatik altyazı əlavə edir

16 Dekabr 2021 14:45 (UTC+04:00)

“Tvitter”, videolar üçün avtomatik altyazı təqdim etməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şirkət, indi platformaya yüklənmiş videolar üçün avtomatik yaradılan altyazılar təklif edir. Android, iOS və internetdə aktivləşdirilən xüsusiyyət səssizə alınan videolarda göstərilir, lakin istəsəniz səsli videolar üçün də altyazılar verilə bilər.