"Fənərbaxça" basketbol komandası ötən axşam İsrailin "Makkabi Təl-Əviv" komandasını 90-79 hesabı ilə məğlub edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmaya baxmağa gedən məşhur türk müğənni Linetin başına xoşagəlməz hadisə gəlib.
Müğənni sosial şəbəkədə bu hadisəni üstüörtülü şəkildə pisləyib: “2021-ci ildir və qadınlara qarşı zorakılıq hələ də bitmir. Nə fiziki, nə də şifahi. Təəssüf ki, o, çox yaxşı ailədən olan tanınmış bəydir. Bu axşam aramızdakı dialoqu qətiyyətlə pisləyirəm”.
Ayşən Vəli