Kanadalı pediatr dr Maykl Narvey tibb dünyasını şoka salan hadisəni paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Narvey müayinə etdiyi qadınlardan birinin qaraciyərində uşaq olduğunu bildirib. Qadın xilas edilərkən körpə kifayət qədər böyümədiyi üçün o, həyata davam gətirə bilməyib.
Hadisəni izah edən dr Maykl Narvey, “Müayinəyə gələndə 14 günlük menstruasiya gecikməsi var idi. Pasiyentimizin 33 yaşı var idi və hamilə olduğu açıq-aydın görünüb. Ancaq körpənin ana rəhmində deyil qaraciyər içində böyüməyə başlaması hamımızı təəccübləndirdi” deyib.