Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd edilir.