Tələbə tikinti şirkətinə qarşı prosesi uddu...

16 Dekabr 2021 00:50 (UTC+04:00)

...Britaniyanın Norviş şəhərində yaşayan 1-ci kurs tələbəsi internet üzərindən yataqxana seçib. SİA bu barədə rus mətbuatına istinad edir.

Hüquq fakültəsinin tələbəsi elandakı şəkillərə görə bəyəndiyi yataqxanaya gəldikdə vəziyyətin fərqli olduğunu görüb: binada tikinti gedir, hər yer toz-torpaqdır, texnikanın səs-küyündən oturmaq olmur və s.

Bu vəziyyətlə rastlaşan tələbə ödəniş etməyib, məhkəməyə üz tutub. Proses zamanı o, şahidləri tapıb, qanunları araşdırıb. Nəhayət, bir neçə həftə çəkən prosesdən sonra tələbə qalib gəlib. Yataqxana rəhbərliyi ona 999 funt-sterlinq (təxminən 1200 manat) ödəməyə məcbur olub.

Prosesdən sonra televiziyaya müsahibəsində 1-ci kurs tələbəsi belə deyib: “mən müəllimlərimin tövsiyəsinə əməl etdim, müqavilə hüququnu oxudum. Kitab oxumaq və qanunun tətbiq sahəsini öyrənmək lazımdır.”