ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə Malayziyaya gələn mətbuat mənsubunun Covid-19 testi müsbət çıxıb. Səfirlik bildirib ki, Covid-19-a tutulan mətbuat mənsubu Blinkenin bu gün paytaxt Kuala Lumpurda keçirdiyi tədbirlərə qatılmayıb və həmin şəxsin kimliyi gizli saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyadan Malayziyaya gələn digər insanların Covid-19 testlərinin mənfi olduğu da açıqlanıb. Blinkenin bu gün Taylanda getməsi gözlənilsə də, ABŞ Dövlət Departamenti müsbət Covid-19 testinin səfərə necə təsir edəcəyi ilə bağlı hələ açıqlama verməyib.