ABŞ-ın Arkanzas ştatında bir restoranda işləyən Rayan Brand adlı qadın işinə sadiqliyi ilə ətrafdakılar tərəfindən bəyənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rayan Brand, bu yaxınlarda işlədiyi restoranda 40 nəfərlik gecə məclisində ofisiant kimi fəaliyyət göstərib. Gecə boyu onlarla yaxından maraqlanan Ryan Branda təşəkkürlərini çatdıran 40 nəfərlik qonaqlar, onu masaya dəvət edərək alqışlayıb və 4 min ABŞ dolları bəxşiş veriblər. Ancaq bu hərəkət həm də gənc qadının işdən çıxarılmasına səbəb olub. Hadisədən sonra dünyanın hər yerindən ofisiant Rayan Branda dəstək mesajları gəlməyə başlayıb.