İşləməyən qabyuyan maşını açan ailə gördükləri mənzərə qarşısında şok oldu

15 Dekabr 2021 15:52 (UTC+04:00)

Triniti adlı qadının sosial media hesabında paylaşdığı video qısa zamanda çoxlu baxış toplayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Triniti sevgilisinin anasının evindəki qabyuyan maşının uzun müddətdir işləmədiyini bildirib və bunun səbəbini araşdırmağa başlayıblar. Ailə üzvləri bir qədər fikirləşdikdən sonra maşını işə salmaq qərarına gəliblər. Triniti, sevgilisi və anası mətbəxə gediblər və maşının arxasını sökməyə başlayıblar. Lakin qarşılarında gördükləri mənzərədən uzun müddət özlərinə gələ bilməyiblər. Triniti və ailəsi paltaryuyan maşının arxasında gizlənən siçanı və onun 3 balasını görəndə təəccübləniblər. Ana siçanın balalarını qorumaq instinkti ilə baxdığını ifadə edən Triniti, siçan ailəsinə toxunmadıqlarını açıqladı. Trinity bu anları sosial media hesabında paylaşaraq, başına gələnlərin başqa insanların da başına gələ biləcəyini düşünüb.