Süd şirkəti reklamda qadınları inək kimi göstərdiyinə görə üzr istəyib

15 Dekabr 2021 15:45 (UTC+04:00)

Cənubi Koreyanın ən böyük süd şirkəti reklamında qadınları inək kimi göstərdiyinə görə üzr istəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, videonun silinməsinə baxmayaraq, internet istifadəçiləri videonu platformaya yenidən yüklədikdən sonra reklam viral olub. “Seoul Milk”-in baş şirkəti Seul Departamenti Kooperativi, öz internet saytında verdiyi açıqlamada, “Keçən ayın 29-da paylaşılan süd reklamında edilən səhvə görə hər kəsdən üzr istəyirik. Biz bu məsələyə çox ciddi yanaşırıq və bununla bağlı daxili monitorinqə başlayacağıq. Gələcəkdə belə halların baş verməməsi üçün əlavə tədbirlər görəcəyik” deyib.