Meymuna ürək masajı edib və onu həyata qaytarıb

15 Dekabr 2021 15:44 (UTC+04:00)

Hindistanın paytaxtı Yeni Dehlidə bir kişinin meymuna ürək masajı etdiyi anlar sosial mediada böyük marağa səbəb olub. SİA xarici mətbuata istinadən bildirir ki, Hindistanın paytaxtı Yeni Dehlinin Pelambalur bölgəsində baş verən hadisədə itlərin hücumuna məruz qalan meymun ağır yaralanıb. Həmin vaxt hadisənin şahidi olan Prabhu adlı şəxs itləri hadisə yerindən uzaqlaşdıraraq meymuna müdaxilə edib. Meymunun nəfəs ala bilmədiyini görən Parbhu tibbi yardım təlimi nəticəsində öyrəndiyi texnikalardan istifadə edərək meymuna kömək edib.