"YouTube"un işində qüsurlar yaranıb

15 Dekabr 2021 05:13 (UTC+04:00)

"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

SİA-nın məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar ABŞ və Kanadada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin 59 faizi videoların yüklənməsində, 33 faizi saytın işində, 7 faizi saytın tətbiqində problemlərlə üzləşiblər.