"WhatsApp"da yeni faydalı funksiya işə düşür

15 Dekabr 2021 02:06 (UTC+04:00)

“WhatsApp” səsli mesajları göndərilməmişdən əvvəl dinləmək funksiyasını tətbiq edib.

SİA-nın məlumatına görə, bu barədə mesencerin "Twitter" səhifəsində deyilir.

"Bunlar səhvlər deyil, məşqlərdir. İndi "Göndər" düyməsini vurmazdan əvvəl səsli mesajınızı dinləyə bilərsiniz", - deyə “WhatsApp” paylaşımında deyilir.