Qadağalar tətbiq edildi

14 Dekabr 2021 20:55 (UTC+04:00)

Norveçdə son vaxtlar koronavirusa yoluxma hallarının artması özü ilə yeni məhdudiyyətlər də gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son həftələrdə ölkədə aşkarlanan Omicron variantına yoluxma hallarının sayının həyəcan verici dərəcədə artmasından sonra hökumət tədbirlər görməyə başlayıb.

Belə ki, qarşıdan gələn bayram dövründə insanların restoran və bar kimi yüksək sosial təmas yaradan yerlərə getməsinin təhlükəli olduğunu açıqlayan Norveç hökuməti bu yerlərdə içki satışını və xidmətini dayandırdığını açıqlayıb.