Məşhur serial reytinqlərdə ön sıralardadır

14 Dekabr 2021 18:20 (UTC+04:00)

Türk kanalı Kanal D-nin hər bazar günü yeni bölümləri ilə ekranlara gələn "Yarqı" serialı əvvəlki axşam bölümü ilə AB və ABC1 kateqoriyalarında birinci olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada şübhə və mühakimə etiketlərindən istifadə edərək minlərlə tvit göndərilib.

Enginin xəstəxanadan qaçdığı anlar tamaşaçılara gərgin anlar yaşatdı. Müğənni Demet Akalın "İnstaqram"da "Engin" obrazını canlandıran Onur Durmazdan "Öldünmü?" soruşub. Onur Durmaz gülərək müğənninin şərhinə “Ölüm?” deyə cavab verib.

Ayşən Vəli