"Hazırda Azərbaycan-Naxçıvan hava reysləri də Ermənistan üzərindən həyata keçirilir. Əvvəl isə yol uzadılır və İran üzərindən uçuşlar həyata keçirilirdi. İndi Türkiyənin cəmi bir reysi Ermənistana açıqdır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bu barədə fikrini belə izah edib: "Bununla Ermənistanı məsələlərə konstruktiv yanaşmağa, normal davranmağa ruhlandırırlar. Kommunikasiyaların açılması üçün proseslər gedir. Sərhədlərin delimitasiyası üçün topoqrafik xəritə üzrə iş gedir. Demək istəyirəm ki, Türkiyə proseslərin içərisində olduğuna və sülhyaratma prosesinin bir parçası olduğuna görə, yəqin ki, bu proseslərin perspektivləri haqqında hər cür məlumata malikdir. Ona görə də, İrəvan-İstanbul reysinin açılmasına icazə verildi. Bu məsələdə Azərbaycan siyasi rəhbərliyi, Türkiyə siyasi rəhbərliyi ilə mütəmadi əlaqədədir. İnanmıram ki, Türkiyə Azərbaycanla razılaşdırılmamış addımlar atsın. Türkiyə bütün məsələlərlə bağlı Azərbaycana məlumat verir".