5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər

14 Dekabr 2021 15:11 (UTC+04:00)

Ukrayna və Rusiya arasında davam edən Donbass böhranı müharibə ehtimalını artırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Rusiyanın mümkün işğal cəhdi nəticəsində 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər.

Qeyd edək ki, Reznikov ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Rusiyanın Ukrayna sərhədlərinə daha çox əsgər göndərdiyinə diqqət çəkib.