Axtarış-xilasetmə iti, təqaüdçü dostundan ayrıla bilməyib

14 Dekabr 2021 14:35 (UTC+04:00)

Çində, təqaüdçü komanda yoldaşını tərk etmək istəməyən axtarış-xilasetmə iti dostunun maşınının qarşısını kəsib. Quanqsi əyalətində yanğınsöndürən işləyən Zeng Qinqronq cümə günü təqaüdə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qingrongun 6 illik komanda yoldaşı olan Xiao Ma adlı axtarış-xilasetmə iti, dostunun getməsini istəməyib. Qinqronq avtomobilə minib yanğınsöndürmə məntəqəsini tərk etmək istəyəndə it, komanda yoldaşının maşınının keçməsinə mane olub. Sadiq it tez-tez Quinqronqun olduğu pəncərəyə yaxınlaşaraq maşını saxlamağa çalışıb.