Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo artıq ətir brendinin sahibidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, futbolçu daha bir marka patenti alıb.
O, müvafiq olaraq, şəxsi qulluq vasitələrini satacaq. Bunlara bronzer, makiyaj, yaşlanma əleyhinə krem və sabun kimi məhsullar daxil olacaq. Ronaldo bronzlaşdırıcı sayəsində əzələlərin daha aydın və dərinin daha parlaq göründüyünü düşünür.
Ayşən Vəli