SİA xəbər verir ki, almazdan sonra ən sərt təbii maddə olan mavi sapfir korund daşıdır və çəkisi 310 kiloqramdır.
Sapfiri tədqiq edən yerli gemoloqlar çəkisinə görə onun dünyanın ən nadir daşlarından biri olduğunu bildiriblər.
Təxminən 3 ay əvvəl Ratnapura şəhərində aşkar edilən mavi sapfirin təsadüfən tapıldığı bildirilib.
Beynəlxalq təşkilatlar qiymətli daşı hələ təsdiq etməyiblər.
Ratnapura sapfir və digər qiymətli daşların aparıcı ixracatçısı olan Cənubi Asiya ölkəsinin zərgərlik paytaxtı kimi tanınır.
Yerli zərgərlik sənayesi qurumu bildirib ki, ölkə keçən il zərgərlik, brilyant və digər zərgərlik məmulatları ixracından təxminən yarım