Juntendo Universitetindən professor Doktor Toru Minaminonun rəhbərlik etdiyi elmi heyətin məlumatına görə sınaq nəticələri Nature Aging jurnalında dərc olmuş və siçanlar üzərində sınaqdan keçirilmiş peyvənd sayəsində qocalmış hüceyrələr olaraq da bilinən “zombi hüceyrələr” azalır. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Heyət: “Tədqiqat çərçivəsində hazırladığımız peyvəndi eksperimental siçanlara tətbiq edərək ateroskleroza səbəb olan zombi hüceyrələrinin çoxluq təşkil etdiyi bölgələrdə azalma müşahidə etdik. Daha vaksinin ateroskleroz, şəkərli diabet və qocalmanın səbəb olduğu digər xəstəliklərin qarşısını almaq üçün istifadə edilməsinə heç bir maneə yoxdur”.