Külək ailə fotosunu 200 kilometr uzağa apardı

13 Dekabr 2021 22:49 (UTC+04:00)

ABŞ-da ötən həftə dağıntı və tələfata səbəb olan qasırğa ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.

SİA xəbər verir ki, İndiana ştatının sakini səhər avtomobilinə yaxınlaşarkən şüşəyə bir şəkil yapışdığını görüb.

Şəklin arxasındakı yazıdan onun 1942-ci ildə çəkildiyi məlum olub. Qadın fotonu sosial şəbəkədə paylaşdıqdan sonra onun sahibi tapılıb. Məlum olub ki, ailə fotosunu qasırğa 200 km uzaqdakı şəhərdən gətirib.