"Dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində keçiriləcək tədbirdə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüş olacağını artıq bilirik. Ermənistan Soçi görüşündən öncə Brüssel görüşünə daha çox can atırdı. Belə ki, onlar ATƏT-in Minsk qrupunu yenidən diriltmək və bölgədə yenidən ATƏT-in Minsk qrupunun fəaliyyətini aktivləşdirməklə ATƏT-in Ermənistana 28 il olduğu kimi yenə də, bu və ya digər xidmətlərindən istifadə etmək istəyir". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
O, qeyd edib ki, buna görə də, təbii ki, Avropa görüşlərinə daha çox üstünlük verirdilər. Soçi görüşündən əvvəl noyabrın 9-da baş tutmalı görüşə Ermənistan tərəfi 2020-ci ilin bu günündə kapitulasiya aktına imza atdıqlarını, bu günün onlar üçün ağır olduğunu bəhanə gətirərərək qatılmadı. Bu zaman Brüssel görüşü məsələsi gündəmə gəldi. Bundan qıcıqlanan Rusiya Prezidenti Vladimir Putin 26 noyabrda Ermənistanı Soçidəki görüşdə masaya oturmağa məcbur etdi və Rusiyanın mövqeyini Putin bəyan etdi. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin Azərbaycan və Ermənistan dövləti tərəfindən yaradılmış komissiya və onların arasında vasitəçi kimi Rusiya tərəfindən həyata kerçiriləcəyi bildirilib. Kommunikasiyalar və dəhliz açılacaq. Bu qərar hesab edirəm ki, Putin tərəfindən Paşinyan qarşısına qoyulan vəzifə kimi qiymətləndirilə bilər. Paşinyan əgər Soçi görüşündə razılaşdırılan qərardan imtina etməyə cəhd göstərəcəksə, Rusiya daha çox Ermənistana qıcıqlı olacaq.
Bu barədə Çingiz Qənizadə öz fikirlərini bildirib: "Belə hesab edirəm ki, bölgədə hələlik yeganə təsir imkanına malik olan Rusiya sülhməramlıları vasitəsi ilə Ermənistan tərəfi üçün xoşagəlməz addımlar atılacaqdır. Ona görə də, deyə bilərəm ki, Paşinyan bu Brüssel görüşündə yenə də, hay-küy salacaq, yenə də, ATƏT-in Minsk qrupunun ölkəyə gəlməsini istəyəcək və Qarabağda qalmış 25 minə yaxın erməni əhali üçün müəyyən dırnaqarası status kimi hüquqlar tanınması üçün addımlara cəhd edəcək. Amma bunlar uğursuz cəhdlərdir. Brüssel görüşündə nə qədər Ermənistan və işğalçıya yaxın olan dövlətlərin təmsilçiləri var, üstəlik mən ATƏT-in Minsk qrupunu da Ermənistana yaxın qüvvə kimi görürəm. Amma mən belə hesab edirəm ki, Rusiya 2021-ci ilin yanvarın 11-I imzalanan bəyanatla, 9 noyabrda imzalanan sənədlə və nəhayət Soçi bəyannaməsi ilə Ermənistanı başa saldı ki, sənədlərdə göstərilən qərarlardan qaçmaq olmaz".