“Hara gedirsən, Aida?”

13 Dekabr 2021 01:14 (UTC+04:00)

Avropa Kino Akademiyasının əsas mükafatı “Hara gedirsən, Aida?” filminə verilib. SİA bu barədə rus mətbuatına istinad edir.

Bosniyalı rejissor Yasmila Jbaniç tərəfindən lentə alınan ekran əsəri Srebrenitsa hadisələrinə həsr olunub. Film Bosniya, Avstriya, Hollandiya, Fransa, Polşa, Norveç, Almaniya və Türkiyənin birgə istehsalıdır.

Aida obrazını canlandıran serbiyalı aktrisa Yasna Curiçiç “Ən yaxşı aktrisa” mükafatını, “Ata” filmində rol alan Entoni Hopkins isə “Ən yaxşı aktyor” nominasiyasını qazanıb.

Qeyd edək ki, Avropa Film Akademiyası Mükafatı 1988-ci ildə təsis edilib.