Təbii fəlakət bir can aldı

12 Dekabr 2021 19:15 (UTC+04:00)

İspaniyanın şimalına təsir edən leysan yağışlar səbəbindən çay daşıb və küçələr gölə çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, evlərində qapalı qalanlar qayıqlarla xilas edilib. Bildirilib ki, 20-yə yaxın küçədə suyun səviyyəsi 1 metrə qədər qalxıb, əkinçilik sahələrinə ciddi ziyan dəyib, təbii fəlakət nəticəsində 61 yaşlı kişi meyiti tapılıb.