"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətidir. Azərbaycanın tarixində bir lider olmayıb ki, bir-birinə zidd iki dövrdə, iki siyasi formasiyada Azərbaycana rəhbərlik etsin və hər ikisində böyük uğurlar əldə etsin". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Həm sovet dövründə SSRİ-nin 15 respublikası içində ən geri qalan Azərbaycanı ən inkişaf etmiş respublikaya çevirdi. Eyni zamanda, Azərbaycanı həmin dövrdə müstəqilliyə hazırlamış oldu. Azərbaycanın sənaye, hərbi, kadr potensialını yaratdı. Kənd Təsərrüfatı sektorunu dirçəltdi. Eyni zamanda, Azərbaycanın mədəniyyətinin, elminin dünyaya tanınması üçün böyük işlər gördü. İndiki müstəqilliyimizin də banisi heç şübhəsiz ki, Heydər Əliyevdir. Heydər Əliyev gəlməsə idi, bugünkü hakimiyyətimiz yox idi. Bütün qələbələrimizin əsasında Heydər Əliyevin strateji baxışları, siyasəti, azərbaycançılıq ideyası dayanır".