Məhdudiyyətlər fevralda aradan qalxacaq

11 Dekabr 2021 13:27 (UTC+04:00)

Böyük Britaniya 2011-ci ildə baş vermiş zəlzələ və sunamidən sonra Fukusimada baş vermiş qəzaya görə Yapon ərzaq məhsullarına qoyduğu idxal məhdudiyyətlərini aradan qaldıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, London hökuməti 2011-ci ildə baş verən qəzadan sonra dayandırdığı məhsulların idxalına yenidən başlayacaq. Ümumilikdə 23 kənd təsərrüfatı və ərzaq məhsulları üçün idxal məhdudiyyəti aradan qaldırılacaq. Yeni tətbiq çərçivəsində hökumət rəsmi qərarını 2022-ci ilin fevral ayına qədər açıqlayacaq.