Küçələri su basdı

11 Dekabr 2021 12:47 (UTC+04:00)

Fransanın cənub-qərbində yerləşən Bayonne şəhəri güclü yağışlardan sonra gölə çevrilib. Nive çayında suyun səviyyəsi 6 metri keçdiyi üçün küçələri su basıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın cənub-qərbində yerləşən Bayonne şəhərində güclü yağış özü ilə birlikdə daşqınlar da gətirib. Nive çayında suyun səviyyəsi rekord həddə - 6 metr 15 santimetrə yüksəlib. Daşan çay küçələrdə daşqınlara səbəb olub. Bəzi avtomobillərin sel sularında qaldığı görülüb. Çay sahilindəki müəssisələrdən fəaliyyətlərini dayandırmaq istənilib və qatarların hərəkəti dayandırılıb. Bölgədə yüzlərlə evdə elektrik kəsilib. Daxili işlər naziri Gerald Darmanin jurnalistlərə açıqlamasında "1 nəfər yaralansa da, ciddi qəza və ya ölüm baş verməyib, yanğınsöndürənlər 250-dən çox çağırışa cavab verib" -deyə qeyd edib.