Azərbaycan media məkanı üçün çox böyük yeniliklər vermiş olur - ŞƏRH EDİLDİ

11 Dekabr 2021 10:59 (UTC+04:00)

“Media haqqında yeni qanun lahiyəsi kifayət qədər yeniliklərlə zəngin olan bir lahiyədir. Lahiyənin ilk üstünlüyü ondan ibarətdir ki, kütləvi informasiya vasitələri haqqında qanunları vahid bir sənəd halında birləşdirir. Yəni, audiovizual qurumları həm onlayn qurumlar, həm də çap media qurumları informasiya agentlikləri vahid bir sənədlə tənzimlənəcəksə ortada ziddiyyət yaradacaq və hər hansı bir məqamlar qalmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ikinci böyük üstünlüyü onlayn medianın statusunun tanınmasıdır: “2000-ci illərdən Azərbaycanda onlayn medianın inkişaf tapmasına baxmayaraq indiyə qədər bilirsiniz ki, onların statusları hüquq müstəvisində tanınmırdı. İlk dəfə bu qanun imkan verəcək ki, onlayn media qurumlarının da statusları müəyyənləşsin və onların statusları müəyyən edilmiş olsun”.

“Digər bir üstünlük isə Azərbaycanda heç vaxt olmamış sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınması ilə bağlıdır. Bu hüquq nəinki Azərbaycanda, heç Avropa dövlətlərinin əksəriyyətində hələ bugünə qədər hüquqi müstəvidə tanınmayıb. Azərbaycan bu işi etməklə həm Azərbaycana, həm Avropaya mühüm bir töhfə vermiş oldu ki, sərbəst xidmət müqaviləsində çalışan jurnalistlərin hüquqlarını tanımış oldu”.

“Reyestrin xidmətinin təyin olunması ölkədə nə qədər KİV qurumu var, nə qədər jurnalistlər var, bunların hamısı barədə vahid statistik bir məlumat bazası formalaşacaq ki, bu da dövlətə imkan verəcək ki, media sahəsində yeni proqramların hazırlanması işini asanlaşdırsın. Ümumilikdə, pozitiv qanundur, Azərbaycan media məkanı üçün çox böyük yeniliklər vermiş olur. Təbii ki, müəyyən redaktə xarakterli müəyyən boşluqlar var”.

Ayşən Vəli