“44 günlük II Qarabağ müharibəsində Ermənistanın məğlub olmasına ən çox məyus olanı Sevinc Osmanqızıdır. Sevinc Osmanqızının Osmanqızı Tv öz “Youtube”kanalında qurduğu verlişlərin məzmununa baxan hər kəs bunu müşahidə edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Sevinc Osmanqızının hər “Youtube”verlişində əsas məqsəd Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı hər bir uğuruna kölgə salmağına çalışmaq üzərində qurulmuşdur: “Yəni, özü kimi bir neçə sapı özümüzdən olan baltanı da ətrafında birləşdirib xaricdə otrub ermənilərin sifarişlərini icra etməklə Azərbaycan dövlətinə yalan, böhtan və təhqir yağdırmaqla ölkə daxilində vətəndaş qarşıdurmasını yaratmaqlarına çalışırlar”.
Deputat sözlərinə belə davam edib: “07.12.2021-ci il tarixində Osmanqızı Tv-nin kanalında, “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı,, fikrini ifadə etməklə Sevinc Osmanqızı əsas niyyətini açıqlanmış oldu. Əslində Sevinc Osmanqızının prezidenti Paşinyandır. Çünki Osmanqızılara kim sifariş verib maliyyələşməni həyata keçirirsə o da onların prezidentidir. Belə deyilsə Sevinc Osmanqızı illərdir ki, Amerikada oturub ancaq Azərbaycan dövlətinin uğurlarını istehza ilə ifadə edərək dövlət rəhbərliyini böhtan və təhqir atəşinə tutmaqla məşğul olmazdı. Sual olunur. Heç yerdə işləməyən Sevinc Osmanqızı Osmanqızı Youtube kanalının saxlanmasının və özünə təmtəraqlı həyatını hansı maliyyə ilə təmin edir? Təbii ki, təmin edəni onun prezidenti Paşinyan və erməni diasporudur. Sevincə verlişin senarisini də onlar verirlər. Sevinc və onun ətrafındakı 3-5 nəfər radikal ancaq ermənilərin sifarişləri ilə onların qurduqları senarilərinin icraçısıdırlar”.
”Ermənilərin quluna çevrilmiş sevinclər bilsinlər ki, Paşinyan məğlubdur. Azərbaycan dövləti və Prezidentimiz İlham Əliyev qalibdir. Siz nə qədər xaricdə oturub erməni sevgisini ifadə etsəniz də həmişə uğur və qələbə Azərbaycanın olacaqdır”.
Ayşən Vəli