Yağsız məhsullar insana ziyan gətirə bilər?

11 Dekabr 2021 07:54 (UTC+04:00)

"Yağsız məhsulların faydası əfsanədir. Onlar hətta insana ziyan gətirə bilər".

SİA xəbər verir ki, bu fikirləri rusiyalı dietoloq Arina Skoromnaya bildirib.

"Bəzi insanlar arıqlamaq istədikdə yalnız üzərinə "pəhriz" və ya "arıqlamaq üçün", ən son halda "yağsızlaşdırılmış" - sözləri yazılan məhsullarla qidalanmağa başlayırlar.

Amma bu variant heç bir xeyir gətirməyə bilər. Bundan başqa, yağsızlaşdırılmış məhsullarla qidalanmaq zərər verə də bilər", - dietoloq deyib.

Arina Skoromnayanın sözlərinə görə, insanların hazır pəhriz məhsullarını seçərək, tərkibini oxuması və istehsalçının etibarına diqqət yetirməsi lazımdır.