Kinoya gələnlər elə kinotetarda da gecələdilər

11 Dekabr 2021 00:06 (UTC+04:00)

Rusiyanın Norilsk şəhərində kinoya gələn tamaşaçılar kinotetarda gecələyib.

SİA xəbər verir ki, hadisəyə səbəb güclü çovğunun başlaması olub.

Kinoteatrda qalan tamaşaçılara isti çay və şirniyyatlar təklif olunub. Gecə boyu çoxlu filmlər nümayiş edilib. İzləyicilərin bir qismi kinolara baxsa da, bəziləri yatmağa üstünlük veriblər.

Qeyd edək ki, Norilsk rəhbərliyi şəhər sakinlərindən vacib olmadığı halda mənzillərini tərk etməməyi xahiş edib. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Qeyd edək ki, Norilsk şəhəri Krasnoyarsk diyarında yerləşir.

Əli