Sinqapurda yaşayan britaniyalı Qrem Corc Spenser səhər tezdən botanika parkında gəzintiyə çıxarkən su samuru ailəsi tərəfindən təqib edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Spenser, 10 saniyə ərzində 26 dəfə dişləndiyini, 20-yə yaxın su samurunun onu təqib etdiyini bildirib.
Daha sonra yaralarını müalicə etmək üçün xəstəxanaya gedən Spenserə tetanoz peyvəndi və antibiotik müalicəsi edilib.