Məşhur türk sima Tülin Şahin qlobal həmrəyliyi artırmaq məqsədilə hər il fərqli bir ölkədə keçirilən “Qlobal Vətəndaşlar Forumu”na ikinci dəfə dəvət olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həftə sonu Dubayda baş tutacaq tədbirdə Eva Lonqoriya, Nikol Şerzinger, Vyclef Jean və Steve Aoki kimi dünyaca məşhur adlar iştirak edəcək.
Tülin Şahin “Türkiyədən Avropaya köçmüş bir ailənin qızı olaraq dünya vətəndaşlığını tam şəkildə təmsil etdiyim üçün dəvət aldım” deyib.
Ayşən Vəli