Məşhur aktrisa boksa başladı

10 Dekabr 2021 15:58 (UTC+04:00)

Məşhur türk aktrisa Melisa Döngel idmanla məşğul olmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hamı kimi o da pilatesə, yoqaya deyil, boksa üstünlük verirdi.

Aktrisa, həftədə iki dəfə Kikboks üzrə Türkiyə Çempionu Serdar Beyhatundan dərs alır. Yumruq vurarkən stress atan Melisa Döngel həm rahatlaşır, həm də formada qalır. Döngel sosial mediada paylaşdığı görüntülərə “Diqqət edin. Yaxınlaşan yanar” şərhlərini verib.

Ayşən Vəli