Analıq məzuniyyətində qurduğu saytla ən zənginlər siyahısında zirvəyə yüksəlir

10 Dekabr 2021 13:01 (UTC+04:00)

Dünya Elon Mask və Ceff Bezos kimi milyarderlərdən danışarkən, Tatyana Bakalçuk adlı qadın ən zənginlər siyahının zirvəsinə sürətlə yüksəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, analıq məzuniyyətində olarkən “Vilberis” elektron ticarət platformasını quran 45 yaşlı Bakalçuk, bu ildə sərvətini 1000 faiz artırmağı bacarıb. Rusiyanın ən varlı qadını olan Bakalçukun 13 milyard dollar gəlirinin olduğu bildirilir.