Afrika ölkələri qərarları ilə qitənin gələcəyinə birbaşa təsir edən, lakin qitə ölkələrinin söz sahibi olmadığı BMT Təhlükəsizlik Şurasında islahat tələb edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Seneqal prezidenti Macky Sall və Cənubi Afrika prezidenti Cyril Ramaphosa-nın ardınca Efiopiya Baş Naziri Abiy Əhməd də bəyanat verərək BMT Təhlükəsizlik Şurasında islahatlar tələb edib.