Qəribə ağzı, qolları olan super nadir meduza tapılıb

10 Dekabr 2021 12:05 (UTC+04:00)

Kaliforniya sahillərində super nadir və çox sirli nəhəng meduza aşkarlanıb. Meduzanı tədqiq edən alimlər məxluqun ağzından çıxan qollarının olduğunu müəyyən ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, son 34 ildə cəmi 9 dəfə görülən bu canlılar haqqında çox şey məlum deyil. Bununla belə, sirli meduza sualtı robotun səthə daha yaxın apardığı kamera tərəfindən lentə alınıb.