Prezident Ərdoğanın təklifi qəbul edilib

10 Dekabr 2021 11:04 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisindəki çıxışında etdiyi çağırış cavablandırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün Moskvada 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.

Qafqazda sabitliyin və sülhün təmin edilməsi üçün Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı “Altılıq Platforması”-nın yaradılmasını təklif edən Ərdoğan 5 ölkədən müsbət cavab alarkən, Gürcüstan, iclasda iştirak edə bilməyəcəyini bildirib.