Meksikanın cənubunda immiqrantları daşıyan yük maşını aşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, verilən məlumata görə, ən azı 53 nəfər ölüb. Qəzaya səbəb yük maşının insanların ağırlığına tab gətirə bilməməsi olub. Hazırda vəziyyət olduqca ağırdır. Onlarla yaralı xəstəxanalara çatdırılıb.