Türklər yurdu, Saxa dövlətinin Sırdax kənd sakini Aytalina Maksimova dekabrın 6-da 14-cü övladını dünyaya gətirib. SİA bu barədə “News.Ykt.Ru” saytına istinad edir.
Belə ki, Yakutsk Respublika Klinik Xəstəxanasının mamalıq fizioloji şöbəsinin müdiri Lyudmila Şekin sözlərinə görə, Yakutiyada ardıcıl olaraq 14-cü doğum son dərəcə nadir bir hadisədir.
Şöbə müdiri bu onun 23 illik iş fəaliyyətimdə ilk dəfə olduğunu da bildirib.
Qeyd edək ki, Aitalina Maksimovanın hazırda səkkiz oğlan və altı qız uşağı var, hamısı valideynləri ilə yaşayır. Böyük qızının 22, əvvəlki uşağının bir yaşı var.
Onu da bildirək ki, hazırda Aytalina Maksimovanın 38 yaşı var, Suntarski ulusundan olan evdar bir qadındır və əri ilə Tulaqino-Kildyamski nasleğinin Sırdax kəndində yaşayır.
Əli