London Yunus Əmrə İnstitutunun (YƏİ) təşkil etdiyi tədbir çərçivəsində İzmirli aşpaz Kamal Dəmirasal İngiltərədəki pərəstişkarlarına Anadolu mətbəxini təqdim edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
YƏİ-nin Fransanın Le Cordon Bleu kulinariya məktəbi ilə birgə təşkil etdiyi “Köklərdən Müasir Anadolu Mətbəxinə” adlı tədbirdə mükafatlı aşpaz Kamal Dəmirasal Londonda quzu təndiri və paxlavanın hazırlanması və tarixi haqqında danışıb.
Dəmirasal qeyd etdi ki, bayramlarda və böyük şənliklərdə xüsusilə paxlava və quzu təndirinə üstünlük verildiyi üçün tədbirdə bu iki yeməyi təqdim etmək istədim. Tədbirin sonunda qonaqlar aşpaz Kamal Dəmirasalın hazırladığı təamlardan dadıblar.