Fransanın Lion şəhərində ənənəvi işıq festivalı ötən gecə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, parklarda, fəvvarələrdə şəhərin qiymətli tikililəri rəngarəng əks olunub. Yüzlərlə insanın qatıldığı festivalda tamaşaçılara əyani ziyafət təqdim olunub. İşıqların binaların xarici görünüşlərində göz oxşayan görüntülər yaradacağı festival 4 gün ərzində ziyarətçilərə təqdim olunacaq.