Görəsən, kimdir gəlmə? - TARİXI FAKT

9 Dekabr 2021 17:48 (UTC+04:00)

Zori Balayanın “Ocaq” kitabına cavab

Balayan öz kitabında azərbaycanlıları bu torpaqlara gəlmə adlandırır. Özlərini isə Qafqazda yaşayan və dünyanın ən qədim xalqı kimi qələmə verir. Aydındır ki, hər bir xalqın öz doğma vətəni vardır. Ermənilərin də təbii ki, bir vətəni vardır. Bəs erməni xalqı kimdir, onların həqiqi vətəni haradır və onlar Azərbaycanın əzəli torpaqları olan və indiki Ermənistan adlanan torpaqlara haradan, necə gəliblər və “hay”lar erməni adını haradan alıblar.

Ermənilərin necə bir xalq olduqlarını və haradan necə qovularaq gəlmələri haqqında məlumat ya yoxdur, ya da çox az olduğu üçün tarixçilər onların gəlmə olduqlarını yazmaqla kifayətlənir və bu barədə başqa bir şey yazmırlar. Bu isə olduqca az məlumatdır. Axı hər bir xalqın öz doğma vətəni vardır.

Ermənilərin bu torpaqlara gəlmələri barədə 25 iyun 1991-ci ildə mətbuatda məqalə ilə cavab vermişəm. Lakin çox təəssüflər olsun ki, məqalə tam şəkildə çap edilməmişdir. Bu o dövr üçün təbii idi. Ermənilərin havadarları çox idi və bu vəziyyəti hamımız çox gözəl bilirik. İndi isə həqiqətin yazılması vaxtı çatıb.

Ermənilərin kimliyi, haradan və necə gəlmələri və ya öz xain, pis niyyətlərinə görə qovulduqlarını, onların hansı xislətə malik olduqlarını yazmaq, dünyaya çatdırmaq lazımdır.

Ermənilər özlərini dünyanın ən qədim xalqı olduqlarını utanmadan dünyaya car çəkirlər. Onlar özlərini Qafqazın ən qədim xalqı adlandırırlar. Bütün Qafqazı özlərinin torpaqları hesab edərək, “dənizdən dənizə böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayaraq qonşu ölkələrin torpaqlarına göz dikirlər. Yaşadıqları ölkələrdə hər bir çirkin əməllərə əl ataraq istəklərinə zaman-zaman nail ola biliblər. Özgə torpaqlarına sahib olmaq üçün hər cür pisliyə əl atırlar. Ermənilər rus imperiyasının köməyi ilə Azərbaycanın əzəli və əbədi torpaqlarına bizim vətənimizdir, deyərək mənimsəmiş və özlərinə respublika yaratmışlar. Bizim torpaqlarda özlərinə respublika yaradandan sonra da onların torpaq iddiası bitməmişdir. Ermənilər 1905, 1915-1918-ci illərdə öz çirkin xislətinə sadiq qalaraq Azərbaycan xalqına qarşı soyqırım etdilər. Öz havadarlarının köməyi ilə on minlərlə Azərbaycan türkünü qətlə yetirdilər. Bütün bunlar azmış kimi illərlə Azərbaycana qarşı torpaq iddiasında oldular. Azərbaycana və azərbaycanlılara qarşı olan nifrətin yüksək mərhələsi 20-ci əsrin sonunda baş verən Qarabağ savaşı oldu. Bu barədə ayrıca yazılmalıdır.

Ermənistanın Azərbaycan xalqına qarşı apardığı siyasət daha da geniş miqyas aldı. İndi əsas mətləbə keçərək, Balayanın kim olduğunu və onun haradan, necə qovularaq gəldiyini yazıb ona və onun xalqına bildirəcəyəm.

Görək kimdir gəlmə?...

Hamıya məlumdur ki, hər bir xalqın əbədi və dəyişməz bir vətəni vardır. Azərbaycan da azərbaycanlıların vətənidir. Bəs ermənilər kimdir, onların vətəni haradır. Ilk növbədə onu qeyd edək ki, onlar özlərini ən qədim və ən ali bir xalq, vətənlərini isə dənizdən-dənizə “böyük Ermənistan” adlandırırlar. Qoy bu xülya ilə də yaşasınlar. Mən bu barədə yuxarıda qeyd etmişdim, amma yadda saxlamaq üçün yenə də qeyd etməyi lazım bilirəm. Onların bu iddiaları nə dərəcədə doğrudur, tarixdə belə bir dövlət olubmu, ya yox... Əlbəttə yox. Heç vaxt tarixdə belə bir dövlət olmayıb. Onu da qeyd edək ki, indiki Ermənistan ərazisində 19-cu əsrdə bir neçə erməni məlikliyi (kiçik kəndlər) olmuşdur ki, bu kəndlər də əsasən qonşu dövlətlərə tabe olmuşlar. Ermənilərin bütün dünyada apardıqları güclü siyasət və sovet imperiyasının böyük köməyi sayəsində Azərbaycan torpaqları hesabına Ermənistan Respublikası yaradılmışdır. Burada da Azərbaycanın keçmiş rəhbərlərinin siyasi savadsızlığı özünü biruzə verir. O zaman Azərbaycan torpaqları hesabına Ermənistan yaratmaq azmış kimi Dağlıq Qarabağa da muxtar vilayət statusu verilir. Bu qərara qarşı yalnız N.Nərimanov etiraz etsə də əksəriyyət bu qərarı təsdiqləyir və ermənilərə güzəştə gedirlər ki, bu da gələcək münaqişələrə rəvac verir. Beləliklə də, Ermənistan və Azərbaycan arasında yeni münaqişlərin əsası qoyulur. Bu azmış kimi Zəngəzur da Ermənistana verilir. Bu qərarla da Azərbaycanın Naxçıvanla əlaqəsi kəsilir.

Ermənilər zaman-zaman, parça-parça torpaqlarımıza sahib çıxaraq bizi bu torpaqlara gəlmə adlandırmışlar. Hələ 19-cu əsrin əvvəllərində bu torpaqlarda ermənilərin cəmi 4 məlikliyi olmuşdur ki, bunlar da kiçik qəsəbələrdən ibarət idi. Dünyada cəmi 4 milyon olan erməni Azərbaycanın 50 milyonluq xalqını gəlmə adlandırması ağıla batan bir məsələ deyildir.

Bütün bunların düzgün həllini vermək üçün bir qədər keçmişə qayıtmaq və həm ərazi, həm də dil qrupları baxımından təhlil etsək, ermənilərin kim olduğunu, haradan və necə qovularaq gəldiklərini görərik.

I: Məsələyə ərazi baxımından yanaşıldıqda demək lazımdır ki, Ermənistanın indiki ərazisi hər tərəfdən türkdilli xalqların ərazisi ilə əhatə olunmuşdur. Türkdilli xalqlar kiçik Asiyadan ta uzaq şərqə kimi böyük bir ərazidə yerləşmiş və onların mənsub olduqları dövlətlər arasında heç bir başqa dil qrupuna məxsus xalq yoxdur. Dünyada mövcud olan dil qruplarının hamısında belədir. Beləliklə, dünyada olan 4 dil qrupunun heç birində başqa bir xalq yoxdur. Slavyan dil qrupuna aid olan bütün dövlətlər də bir-biri ilə həmsərhəd və qonşudurlar. Biz dünya xəritəsinə baxarkən görürük ki, ərəb dilli ölkələrdə başqa dil qrupları kimi bir-biri ilə həmsərhəd və qonşudurlar. Buradan belə bir nəticəyə gəlmək olar ki, indiki Ermənistan ərazisi türkdilli xalqların torpaqlarıdır.

Ermənistan adına gəldikdə isə eramızın əvvəllərində Araz çayının şimalındakı türk torpaqları Ərməniyyə adlanırdı. Ərməniyyə adına XI əsrdə Səlcuqlar dövlətinin baş vəziri olmuş böyük elm və mədəniyyət xadimi tarixçi Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülkün “Siyasətnamə” əsərində rast gəlirik. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər Ərməniyyə adını zaman-zaman Ermənistan kimi qələmə verərək öz keçmiş "hay" adlarını da dəyişərək erməni adlandırmışlar. Beləliklə də, ermənilər həm adlarını dəyişmiş, həm də Ərməniyyə torpaqlarını özününküləşdirmişlər. Ermənilərin əsl adı "hay"dır. Onlar Pamir dağlarında yaşamışlar.

II. Ermənilərin bu torpaqlara gəlmə olduqlarını təsdiq edən başqa bir cəhətə fikir verək: Hamıya məlumdur ki, ermənilər, hindlilər, taciklər və farslar Hind-Avropa dillərinin 4-cü qrupuna daxildirlər. Coğrafi cəhətdən də ermənilərdən başqa bu dövlətlərin torpaqları bir-birinə qonşudurlar. Bütün bu dörd dövlətin xalqlarının dili bir-birinə çox yaxındır. Hind dili ilə özlərini erməni adlandıran "hay"ların dilinin fonetik tərkibinə diqqətlə baxsaq, hər iki xalqın dilində az hərflərdən ibarət sözlər çoxdur. Haylara ərazi baxımından qonşu olan farsların dili daha yaxındır. Hər 3 dildə 2-3 hərfdən ibarət olan sözlər çoxdur. Mən bunları universitetdə fars dili keçdiyim və Ermənistanda 2 il tərcüməçi işlədiyim üçün öz təcrübəmə əsasən yazıram. Bütün bunlara görə ermənilər heç vaxt indiki Ermənistan adlanan ərazidə yaşaya bilməzdilər.

Tarixi mənbələrə görə onlar hələ eramızdan əvvəl V-III minilliklərdə mənsub olduqları dil qrupunun yaşadıqları yerlərdə - Pamir dağları və onun ətrafında məskən salmışlar. Onlar həmişə bu ərazilərin dağlıq hissəsində yaşamış və zaman-zaman öz yaşayış yerlərini tərk etmiş və bütün dünyaya səpələnmişlər. Yeni eradan əvvəl II minillikdə Asiyanın Şərqində monqol nəsilli Arilər çox güclü bir dövlət olaraq Əfqanıstan və Hindistanın bir hissəsini zəbt etdilər. Arilərin mədəniyyəti çox inkişaf etmişdi. Aldıqları torpaqlarda öz adət-ənənələrini, öz mədəni irsini yerli xalqlara zorla qəbul etdirirdilər. Əsasən II minillikdə I Candıraqupta Ariləri sıxışdırıb Hindistandan çıxaran zaman "hay"lar öz torpaqlarından köçməyə başlayırlar. "Hay"ların xislətində, qanında olan xainlik burada da öz sözünü deyir, onlar ölkəni tərk edərkən kəndləri, evləri xarabalığa döndərirdilər. Həmin mənfi xislətlərinin nəticəsi idi ki, onların digər xalqlarla birgə yaşaması qeyri-mümkün olmuş və zaman-zaman həmin torpaqlarından qovulmuşlar. Arilərlə mübarizədə də məğlub olaraq başqa ölkələrə üz tutmuşlar.
Ermənilər özlərinin bir xüsusiyyətini də o zamandan qoruyub saxlamışlar. Əcdadları Pamir dağlarında yaşadıqları üçün onlar da hansı ölkəyə köç edirdilərsə əsasən dağlıq ərazilərdə yerləşirdilər. Belə dağlıq ərazilər onlara maldarlıqla məşğul olduqları üçün əlverişli idi.

Haylar özlərinin mənfi xüsusiyyətlərinə görə qonşuları ilə yola getmirdilər. Haylar eramızdan əvvəl fars, hind və ərəb torpaqlarında məskunlaşmışlar. Bu ölkələrdə də öz çirkin əməllərindən əl çəkmirlər. Lakin bu ərazilərdə havalar çox isti olduğundan burada qala bilməmiş, sərt və isti iqlimdə məhv olacaqlarından qorxaraq Ərəbistandan İtaliyaya və Yunanıstana köç etmişlər.

Haylar zaman-zaman yerlərini tez-tez dəyişərək Qafqazın dağlıq ərazilərinə köç etmiş və buranın iqlimi çox yaxşı olduğu üçün əbədi məskən salmağa başlamışlar. Ermənilərin Qafqaza gəlmələrini dünya alimləri, hətta erməni tarixçiləri özləri də dəfələrlə yazmışlar. Haylar hansı ölkələrdən keçmişlərsə orada öz pis niyyətlərinə sadiq qaldıqlarına görə yerli xalqlar tərəfindən sıxışdırılıb, qovulmuşlar.

"Hay"lar tunc dövründən başlayaraq əvvəlcə özlərinə qonşu olan İrana, oradan da ərəb ölkələrinə, oradan da İtaliya və Yunanıstana keçərək Azərbaycanın qərb torpaqlarına – Ərməniyyəyə gəlmiş, sonra Qarabağda Arsax adlanan Alban torpaqlarında məskunlaşmışlar. Qarabağın yerli erməni adlanan əhalisinə və Azərbaycanın başqa vilayətlərinin ermənilərinə gəldikdə isə onlar alban nəslindəndirlər. Daha doğrusu, xristian dininin Qriqoryan qolunu qəbul etmiş albanlardır.

Qarabağ XII-XV əsrlərdə əvvəlcə Atabəylər, sonralar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Qarabağ torpaqları sonralar paytaxtı Təbriz olan Səfəvilər dövlətinin tərkibində idi. Bu dövlətlər Azərbaycan ərazisində olan Azərbaycan dövlətləri idi. Bu dövrlərdə Qarabağda heç erməni yox idi.

Qarabağ xanlığının özülü 1747-ci ildə qoyulmuşdur. Elə həmin dövrdə Qarabağ xanı İbrahim xan İran şahı Qacara qarşı birgə vuruşmaq üçün talış xanı Mustafa xan, Gürcü çarı II İrakli və İrəvan xanı Məhəmməd xan ilə müqavilə bağlayır. Buradan da görünür ki, XVIII əsrda İrəvanda Azərbaycan hakimləri olmuşlar. Ermənilər İrəvanın 2500 illiyini XX əsrdə qeyd etdilər. Lakin İrəvan şəhərinin bünövrəsini Azərbaycan dövlətinin banisi və Azərbaycan dilini ilk dəfə dövlət dili elan edən Azərbaycan dövlətinin hökmdarı Şah İsmayıl Xətainin bütün ordularının sərkərdəsi Rəvan 1501-ci ildə qoymuşdur. Və şəhər o zamandan sərkərdənin adını daşımışdır. Zaman keçdikcə "hay"lar bu torpaqlara gəlmiş və burada məskunlaşmışlar. Onlar yerli əhalini sıxışdırıb çıxarır, şəhərlərin, kəndlərin adlarını sürətlə dəyişirdilər. Yerli əhali İslam dininə inandığı və ermənilərdən iyrəndiyi üçün köçüb başqa yerlərə gedirdilər.

Bütün bunlara bir faktı da əlavə etmək lazımdır. Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun 1828-ci ildə ermənilərin İrandan bizim əyalətlərə köçürülməsi haqqında qeydləri yazısında oxuyuryq: Ermənilərin əsas hissəsi müsəlman mülkədar torpaqlarında yerləşdirilmişdir. Yayda buna bir təhər dözmək olardı. Yağmurlu havalarda ermənilər yeri murdarladıqlarına görə ev sahibinin bir çoxu evlərini, torpaqlarını atıb gedirdilər. Başqa dinə mənsub insanlarla rastlaşmaq və ya eyni ərazidə yaşamaq istəmirdilər. Qriboyedov bizim ərazilər deyəndə o zaman Rusiyanın tabeliyində olan Qarabağı nəzərdə tuturdu. Qışda, qarlı, palçıqlı havalarda ermənilər torpaqları, öz yaşadıqları əraziləri murdarladıqları üçün çölə çıxmırdılar. Bütün bunlar da iki xalqın bir yerdə yaşamasına imkan vermirdi. Yerli əhali onlarla qarşılaşmamaq üçün öz dədə-baba torpaqlarını tərk edib gedirdilər. Beləliklə, Qarabağda ermənilərin sayı sürətlə artırdı. Ermənilər bundan istifadə edərəkşəhər və kəndlərin adlarını dəyişib, özününküləşdiridilər.

1832-ci il sayımına görə Qarabağ əyalətində 34,8 faiz erməni, 64,2 faiz azərbaycanlı olmuşdur. Beləliklə, Qarabağa ermənilərin köçməsi ilə əlaqədar olaraq XIX əsrin sonunda Şuşa qəzasında ermənilərin sayı artaraq 58 faiz olmuşdu. Azərbaycanlıların sayı isə azalaraq 42 faizə enmişdi.

Ermənilərin bu torpaqlara gəlmə olduqlarını təsdiq edən faktlara nəzər saldıqda aşağıda qeyd edəcəyimiz faktları da unutmaq olmaz. Ermənilər hansı torpaqlarda məskən salmışlarsa, həmin ölkələrdə dağlıq ərazilərdə yaşamışlar. Bu səbəbdən onlar heyvandarlıqla məşğul olduqları üçün aran torpaqlarda qala bilmirdilər. Onlar indiki Ermənistan və Qarabağln dağlıq rayonlarında məskunlaşmışlar.

Bütün tarix boyu 1600 ildə nə bütövlükdə Qarabağ əyaləti, nə də onun dağlıq hissəsi heç vaxt mövcud olmayan erməni dövlət birləşməsinin tərkibində olmamışdır. Elə bütün bunlar göstəriri ki, ermənilər bu ərazilərə gəlmədirlər.

Sovet imperiyasənən köməyi sayəsində Azərbaycanın əzəli və əbədi torpaqları hesabına özlərinin indiki Ermənistan Respublikasını yaratmışlar. Və Qərbi Azərbaycan torpaqları Ermənistana verilmişdir. Ermənilər türk torpaqlarına gəldikcə özlərinin mədəniyyətni yaratmağa, yeni şəhər və kəndlər salmağa başladılar. İranda, Hindistanda və ərəb ölkələrindən qovulan ermənilər türk torpaqlarında özlərini çox sərbəst hiss edir və istədikləri kimi hərəkət edirdilər. Onlar çox sürətlə şəhər və kəndlərin türk adlarını dəyişib, erməni adları qoyaraq özününküləşdirmək siyasəti yürüdürdülər. Onlar təkcə XIX əsrdə 400-dən çox şəhər və kənd adını dəyişmişdilər.

Ermənilərin bu torpaqlara gəlmə olduğunu sübut edən daha bir fakt - XIX əsrin əvvəllərində ermənilərin türk torpaqlarında cəmi 4 kiçik məlikliyi (qəsəbə, kənd) vardı. Hələ o zaman onlar özgə torpaqlarında dövlət yaratmaq istəyindən əl çəkmirdilər. Onlar XIX əsrin sonlarında Ani qəsəbəsini özlərinə paytaxt eləan etdilər. Ani qəsəbəsi Şirak (Leninakan) şəhərindən 40 km aralıda Arpaçayın sahilində yerləşir. İndi Ani qəsəbəsinin bir hissəsi çayın o tayında Türkiyə Respublikasına, bir hissəsi isə Ermənistana aiddir. Eramızın əvvəllərində ermənilər burada kiçik torpaqlarda yaşamışlar. Bu işlərdə onlara sovet imperiyasının təzyiqi ilə Azərbaycanın keçmiş rəhbərləri də kömək etmişlər. Bolşeviklər necə olursa olsun erməniləri əldən verməmək üçün onlara hər cür kömək edirdilər. Elə Qarabağ müharibəsi zamanı SSRİ prezidenti Qorbaçovun köməyi ilə Azərbaycan torpaqlarını tutaraq bütün şəhər və kəndlərimizin adlarını dəyişərək özlərinin eybəcər səslənən adlarını verdiklərinin şahidi oluruq. Zaman keçdikcə türkə olan nifrət son həddə çatdı. Bütün bunlar indiki bədnam “Qarabağ” probleminin kəskinləşməsinə xidmət etmişdir. Beləliklə, öz çirkin əməllərindən əl çəkməyən ermənilər qonşu olduqları Azərbaycan, Türkiyə və Gürcüstan dövlətləri ilə ərazi iddiasına düşmüşlər. Hətta onlar Rusiya kimi böyük ölkənin ərazisi olan Krasnodar vilayətinin də onların olduğunu iddia edirlər.

Görəsən XIX əsrdə dünyada cəmi 4 milyon olan ermənilərin bu qədər ərazisi necə ola bilərdi? O zaman dünyada 40 milyona yaxın olan azərbaycanlıların ərazisi nə qədər olmalı idi?!

O zaman Azərbaycanda, ümumiyyətlə türk torpaqlarında 4 erməni məlikliyi olmuşdur. Ani və Ərməniyyənin hərəsində bir məliklik, Yuxarı Qarabağda da 2 məliklik var idi.

Onun biri qədim Alban türk torpaqları olan Qarabağda Arsax adlanan yerdə idi ki, ermənilər Qarabağı Arsax adlandırırlar.

III: Ermənilərin bu torpaqlara gəlmə olduğunu daha bir cəhət sübut edir: Tarixdən hamıya məlumdur ki, hətta uzun sürən müharibələrdə belə qələbə çalan xalqlar, məğlub etdikləri xalqa özlərinin mədəniyyətini qəbul etdirə bilməmiş, əksinə özləri yerli xalqın adət-ənənəsini, mədəniyyətini əxz etmişlər. Və məğlub etdikləri xalqın mədəniyyətini dəyişdirə bilməmişlər.

Diqqətlə baxdıqda ermənilərin adət-ənənələrində, mədəniyyətində, incəsənətində və hətta mətbəxində güclü türk-azərbaycan təsirini görürürk. Azərbaycan musiqisinin erməni musiqisinə o qədər böyük təsiri olmuşdur ki, indi onları bir-birindən ayırmaq çox çətindir. Elə ona görə də Azərbaycanın bir çox mahnılarını – “Sarı gəlin”, “Tələbəlik illəri”, dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Arşın mal alan” operasını özününküləşdirib bütün dünyaya erməni musiqisi kimi təqdim etməyə çalışırlar. Hansı ki, erməni dilində heç “sarı” sözü yoxdur. Onlar tutduqları bu əməllərdən utanmadan bizim əsərlərimizi dünyaya erməni əsərləri kimi sırımağa çalışırlar. Bu yalanları elə məharətlə uydururlar ki, çox vaxt bu yalanlara inananlar da tapılır. Biz bütün bunlara qarşı ciddi tədbirlər görməliyik. Erməni ədəbiyyatına dilimizin, şeirimizin təsiri o qədər güclü olub ki, erməni şairlərinin bir çoxu Azərbaycanca yazıb yaratmışlar. Azərbaycan musiqisinin şirinliyi və ecazkarlığı erməni xalqında güclü təsir oyatmışdır ki, indi də evlərində bizim musiqini dinləməkdə davam edirlər. Ermənilər bütün bunlarla kifayətlənməyib mətbəximizə müdaxilə edərək yalnız Azərbaycan xalqına aid olan dolmanı və aşı erməni mətbəxi kimi qələmə verməyə çalışsalar da buna nail ola bilməmişlər. Ermənistanda hazırlanan yeməklərin çoxu Azərbaycan yeməkləridir. Ancaq haylar bunu elə mənimsəmişlər ki, bu yeməkləri dünyaya öz yeməkləri kimi qələmə verə bilirlər. Öz çirkin əməllərini yerinə yetirmək üçün hər cür fırıldaqlara utanmadan, heç kimdən və heç nədən qorxmadan əl atırlar.

Erməni adlarının əksəriyyəti Azərbaycan adlarına “yan” şəkilçisi artırılmaqla düzəldilir. Ermənilər təkcə şəhər və kəndlərimizin adlarını dəyişmək, mədəni irsimizi oğurlamaqla kifayətlənmir, milli mətbəximizə də təcavüz edərək onları özününküləşdirməyə ciddi cəhdlə çalışırlar. Ermənilər Azərbaycan torpaqlarında məskunlaşdıqca bütün xalq – kiçikdən böyüyə hər kəs utanmadan öz çirkin əməllərini yerinə yetirmək üçün hər fırıldağa, hər yalana əl atırlar. Təsadüfi deyildir ki, yeni bir hay dünyaya gələndə onu türklərə qarşı düşmən ruhunda böyüdürlər. Türklər bizim düşmənimizdir deyə tərbiyə verirlər.

Ermənilər nə qədər ciddi-cəhdlə çalışsalar da, beynəlxalq yarışlarda Azərbaycan kulinarları ermənilərin saxtakarlıqlarını məharətlə ifşa edərək sözügedən yeməklərin Azərbaycan Milli Mətbəxinə aid olduğunu sübut edirlər.

Ermənilər bu torpaqlarda məskunlaşdıqcaşəhər və kəndlərin adlarını dəyişir, yerli xalqın məxsus olduğu yüksək mədəniyyəti mənimsəyir və beləliklə də, özlərinin uydurduğu “Böyük Ermənistan” dövlətini yaratmağa çalışırlar. Ancaq nə qədər çalışsalar da belə bir dövləti yarada bilməyəcəklər. Çünki bütün dünyaya məlumdur ki, tarixdə belə bir dövlət heç vaxt olmamışdır, heç vaxt da olmayacaq. Artıq ermənilər başa düşməlidir ki, bu ideya xülyadan başqa bir şey deyildir. Ermənilər özlərinin çirkin xislətindən əl çəkib qonşu dövlətlərə - Türkiyə, Azərbaycan, Gürcüstan və hətta Rusiyaya qarşı torpaq iddialarından əl çəkib sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Erməni rəhbərliyi belə çirkin əməlləri, yalan üzərində qurulmuş siyasətləri ilə öz xalqını yalnız və yalnız fəlakətə və müharibələrə sürükləyirlər. Onlar öz xalqlarının gələcəyini düşünüb qonşu dövlətlərlə yaxşı münasibət qurmalı və bu çirkin siyasətdən əl çəkməlidirlər.

Beləliklə, "hay"ların ilk yaşadıqları Pamir ətrafından zaman-zaman öz pis xislətlərinə görə qovularaq bütün dünya ərazisinə yayılmaları danılmaz faktdır. Axı belə bir yaşayış tərzi keçirən ermənilərin “Böyük Ermənistan” adlı dövləti necə ola bilərdi?! Bütün tarixçilər, hətta erməni tarixçiləri özləri belə etiraf edirlər ki, ermənilər türk torpaqlarına gəlmədi. Amma heç bir mənbədə hayların haradan gəldiyini göstərmirlər. Yalnız 8-ci sinif SSRİ tarixi kitabının 13-cü səhifəsində bu barədə qısa məlumat verilir.

Bütün bu yazdıqlarımız ermənilərin türk torpaqlarına, o cümlədən, Qafqaza gəlmə olduqlarını təsdiq etmirmi? Ermənilərin nə vaxt, haradan və necə bizim torpaqlara gəlməsini, erməni dövləti adlanan Ermənistan Respublikasının necə yaranmasını xalqımıza doğru və düzgün faktlarla çatdırmaq bizim tarixçilərimizin ümdə vəzifəsi olmalıdır.

Şükür Yadigarlı, şərqşünas