Vampir əfsanəsi gerçək olur?- MARAQLI MƏQAMLAR

9 Dekabr 2021 16:53 (UTC+04:00)

ABŞ-da siçovullar üzərində aparılan bir araşdırma vampir miflərini təsdiqləyib. Tədqiqatda istifadə edilən yaşlı siçanlara gənc siçanların qanı vurulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatı edən Fabrisiya Ambrosiyo, “Bu, bir növ əzələlərin bərpasına imkan verir. Təcrübə bizə bu bərpanın necə işlədiyinin əsaslarını anlamağa kömək edir” deyib. Eyni zamanda, qanköçürmə sayəsində yaşlı siçanların koqnitiv performansı artıb. Qanköçürmədən sonra yaşlı vampirlərin orqanlarının cavanlaşdığı, idrak qabiliyyətlərinin yaxşılaşdığı müşahidə edilib.