Yeni Zellandiya asılılıqla mübarizə aparır

9 Dekabr 2021 16:42 (UTC+04:00)

Yeni Zelandiya gələcək nəslin siqaret çəkməsini rəsmən qadağan edəcəyini açıqlayıb. Qəbul edilən qərara görə, gələn il qüvvəyə minməsi gözlənilən qanun çərçivəsində 2008-ci ildən sonra doğulanlar artıq siqaret və tütün məmulatı ala bilməyəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiyanın Səhiyyə naziri Ayeşa Veral verdiyi açıqlamada, “Biz gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istəyirik” deyib.

Yeni Zelandiya əhalisinin 13%-i siqaretdən istifadə edərkən, təxminən 10 il əvvəl bu nisbət 18% idi. 2025-ci ilə qədər ölkədə siqaret çəkmə nisbətinin 5%-ə endirilməsi və sonra isə tamamilə qadağan edilməsi hədəflənir.